Micro Logistics, 2011-ci ildən fəaliyyət göstərən və beynəlxalq yükdaşımalar sahəsində xidmət göstərən logistika şirkətidir.
Əsas fəaliyyət istiqamətlərimiz Çindən Azərbaycana, Türkiyədən Rusiya və Qazaxıstana, həmçinin Azərbaycandan dünyanın müxtəlif istiqamətlərinə yükdaşımaların təşkilidir.
Müştərilərimizin ehtiyaclarından asılı olaraq avtomobil, dəniz və dəmir yolu nəqliyyatından istifadə etməklə optimal logistika həlləri təqdim edirik.
Hər an əlaqə saxlaya biləcəyiniz peşəkar komanda.
Yükünüzün hərəkətini canlı izləyin.
Yükünüz tam sığorta təminatı ilə qorunur.
Gömrük və sənəd işlərində ekspert dəstək.
Şirkətimizə məxsus tırlarla Çindən 17–25 gün ərzində ekspress daşınma.
15 ildən artıq təcrübə.
Biz Micro Group MMC olaraq beynəlxalq yük daşımada məqsədlərimizin həyata keçməsində maraq doğuran və qarşılıqlı bu məqsədlər üçün çalışan bir şirkətik. Keyfiyyətli, təhlükəsiz və münasib qiymətlərlə beynəlxalq yük daşımacılığını məhsul kimi təqdim edən şirkətimiz, bütün kollektivi ilə birlikdə müştərilərimizi daima razı salır.
Micro Logistics-in yükdaşıma parkında 30-dan çox DAF markalı yük avtomobili mövcuddur.
Öz nəqliyyat parkımız bizə yükdaşımaların təşkilinə daha çevik nəzarət etməyə, marşrutları optimal şəkildə planlaşdırmağa və müştərilərimizə birbaşa nəqliyyat həlləri təqdim etməyə imkan verir.
Çindən Azərbaycana müxtəlif həcm və ölçüdə yüklərin daşınmasını həyata keçiririk.
Avtomobil Daşımaları: Çindən Azərbaycana TIR-larla birbaşa yükdaşımaların təşkili.
Dəniz Daşımaları: Yüklərin Çindən konteynerlərlə dəniz yolu vasitəsilə Poti limanına, daha sonra Azərbaycan istiqamətində daşınması.
Dəmir Yolu Daşımaları: Çindən Azərbaycana konteyner və digər yük daşımalarının dəmir yolu vasitəsilə təşkili.
Müştərinin yükünün xüsusiyyətlərinə, həcmə, çatdırılma müddətinə və büdcəsinə uyğun olaraq ən optimal marşrut müəyyən edilir.
Çində Yiwu və Khorgos şəhərlərində anbarlarımız fəaliyyət göstərir.
Kiçik həcmli və müxtəlif təchizatçılardan alınmış yüklərinizi Çindəki anbarlarımıza göndərə bilərsiniz. Biz yüklərinizi qəbul edir, konsolidasiya edir və Azərbaycana daşınmasını təşkil edirik.
Beləliklə, müxtəlif satıcılardan aldığınız kiçik həcmli yükləri ayrı-ayrılıqda Azərbaycana göndərmək əvəzinə, onları bizim anbarlarımızda birləşdirərək bir yük şəklində Azərbaycana gətirə bilərik.
Yükünüz Bakıya çatdıqdan sonra isə ünvanınıza qədər çatdırılmasını təşkil edirik.
Logistika prosesini yalnız daşınma ilə məhdudlaşdırmırıq.
Müştərilərimiz üçün:
xidmətlərini təqdim edirik.
Bütün nəqliyyat növlərinin imkanlarından istifadə olunmaqla müxtəlif yüklərin "Qapıdan qapıya", başqa sözlə, başlanğıc məntəqəsindən təyinat məntəqəsinə qısa zamanda və təhlükəsiz daşınmasını, habelə yüklərin aralıq və digər məntəqələrdə boşaldılması, saxlanması və qablaşdırılmasını təşkil etmək;
– yükgöndərənlərə yüklərin daşınması üçün ən optimal marşrut təklif etmək, nəqliyyat növünün seçilməsi və digər məsələlərlə bağlı məsləhətlər vermək;